İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib
İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib
İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib
İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrailin sabiq Baş naziri Ehud Barakı qəbul edib.
Görüşdə paytaxtımızda keçirilən IX Qlobal Bakı Forumunun önəmi vurğulandı. Bu tədbirin beynəlxalq əhəmiyyətli mühüm məsələlərin müzakirə edilməsi üçün geniş imkanlar yaratdığı bildirildi.
Forumun çox yüksək səviyyədə təşkil olunduğu və burada iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən çox sayda qonağın ölkəmizə gəldiyi məmnunluqla qeyd olundu. Bildirildi ki, Forum beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verir.
Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR
kaynak:https://president.az/az/articles/view/56467