Belqraddakı xeyriyyə bazarında ölkəmiz təmsil olunub
Belqraddakı xeyriyyə bazarında ölkəmiz təmsil olunub
📌 https://t.co/s8YrMIS9n2 pic.twitter.com/dhWas59DS0
— Azerbaijani Diaspora (@DiasporaAz) November 23, 2022
Belqraddakı xeyriyyə bazarında ölkəmiz təmsil olunub
Belqraddakı xeyriyyə bazarında ölkəmiz təmsil olunub
Serbiya paytaxtında keçirilən 19-cu xeyriyyə bazarında ölkəmizi Belqrad Beynəlxalq Qadınlar Klubu (IWC) təmsil edib.
Belqraddakı 27-dən çox xarici səfirliyi birləşdirən multikultural tədbirdə təşkil edilən Azərbaycan guşəsində dövlət rəmzlərini, xalqımızın qədim tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirən kitablar, eksponatlar, suvenirlər, milli geyimlər və mətbəx nümunələri nümayiş etdirilib.
Azərbaycan guşəsini Serbiyanın ailə və demoqrafiya naziri Dariya Kisiç və çoxlu sayda yerli sakinlər ziyarət ediblər. Eksponatlarımız, xüsusilə də Azərbaycan kəlağayısı ziyarətçilərin böyük marağına səbəb olub.
Qeyd edək ki, xeyriyyə bazarından əldə olunan gəlir Serbiyada Covıd-19 pandemiyası ilə mübarizəyə sərf olunacaq. Son iki il ərzində pandemiya məhdudiyyətləri səbəbindən Belqradda bu tədbir keçirilmirdi.
Xatırladaq ki, Belqrad Beynəlxalq Qadınlar Klubu 30 il əvvəl yaradılıb və 2011-ci ildə rəsmi qeydiyyatdan keçib. Hazırda 40-dan çox ölkədə 130-a yaxın üzvü var. Klubun məqsədlərindən biri üzvlərinin yaşadıqları ölkələrdə yardıma ehtiyacı olan insanları dəstəkləməkdir. Bu səbəbdən klub il boyu Serbiyada xeyriyyə səciyyəli ianə toplama tədbirləri təşkil edir.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
kaynak:http://diaspor.gov.az/az/news-detail/belqraddaki-xeyriyye-bazarinda-olkemiz-temsil-olunub-1991
Belqraddakı xeyriyyə bazarında ölkəmiz təmsil olunub
📌 https://t.co/s8YrMIS9n2 pic.twitter.com/dhWas59DS0
— Azerbaijani Diaspora (@DiasporaAz) November 23, 2022