Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Rusiyanın müxtəlif vilayətlərində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Rusiyanın müxtəlif vilayətlərində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
REKLAM ALANI
23.01.2023
A+
A-

 

 

Rusiyanın müxtəlif vilayətlərində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

23 yanvar, 2023

Rusiyanın müxtəlif vilayətlərində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Rusiyanın Orenburq, Kirov vilayətlərində və Perm diyarında 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbirləri keçirilib.

Tədbirlərdə “Orenburq Azərbaycan diasporu” regional icimai təşkilatının sədri İlkin Paşayev, Kirov şəhərindəki “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzi regional ictimai təşkilartının sədri Osman Alıyev və Solikamsk şəhərindəki Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev çıxış ediblər. Bildirilib ki, başda Mixail Qorbaçov olmaqla SSRİ-nin hərbi-siyasi rəhbərliyinin göstərişi ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc sakinlərə qarşı xüsusi qəddarlıqla hərbi cinayət törədilib. Hərbi təcavüzün Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını və iradəsini qırmaq məqsədilə törədildiyi nəzərə çatdırılıb.

Faciənin ertəsi günü – yanvarın 21-də dahi şəxsiyyət Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqla birgə olduğunu bəyan etdiyi və Bakıdakı terror aktına rəvac verən ermənipərəst Qorbaçovu və onun komandasını cinayətkar adlandırdığı yada salınıb. Azərbaycanda hakimiyyətə qayıdışından sonra məhz Heydər Əliyevin təşəbbüsü ilə bu cinayətə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini vurğulayan diaspor sədrləri qeyd ediblər ki, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Qarabağda parlaq zəfərə nail olan qalib xalqımız və dünya azərbaycanlıları milli azadlıq mücadiləsi yolunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin qəhrəmanlığını heç bir zaman unutmayacaq.

Tədbir çərçivəsində 20 Yanvar hadisələrini əks etdirən anım guşələri təşkil edilib. Soydaşlarımız və onların övladları 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad ediblər, anım guşəsinə qərənfillər düzüblər.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/rusiyanin-muxtelif-vilayetlerinde-20-yanvar-sehidlerinin-xatiresi-yad-edilib-2206

 

 

REKLAM ALANI